ADAU "NETTY2025"in qalibi olub
Azərbaycan İnnovasiya Mərkəzində “NETTY2025” Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təqdimat mərasimində əldə olunan nəticələrə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) müsabiqənin qalibləri sırasında yer alıb.
Belə ki, universitetin rəsmi adau.edu.аz internet saytı “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyası üzrə qalib elan olunub. Bununla yanaşı, sözügedən sayt “Elm, Təhsil və Rəqəmsal savadlılıq” nominasiyası üzrə də nominant kimi qiymətləndirilib.
Azərbaycan Dövlət Aqrar Universiteti bu uğura ali təhsil müəssisəsində həyata keçirilən rəqəmsal transformasiya strategiyasının, şəffaf informasiya siyasətinin və müasir texnoloji həllərin tətbiqinə görə layiq görülüb.
Qeyd edək ki, NETTY – Azərbaycan Milli İnternet Mükafatı artıq 20 ildir ölkənin internet məkanında keyfiyyət, yaradıcılıq və innovasiyanı təşviq edən nüfuzlu müsabiqə kimi fəaliyyət göstərir.


