ADAU-nun 75 tələbəsi təhsilini Ege Universitetində davam etdirəcək

11 Avqust, 2026 - 12:53
ADAU-nun 75 tələbəsi təhsilini Ege Universitetində davam etdirəcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində üçüncü kursu başa vuran 75 tələbə 2026/2027-ci tədris ilində təhsillərini Ege Universitetində davam etdirmək məqsədilə Türkiyənin İzmir şəhərinə yola düşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, ilk olaraq tələbələr Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin kampusu ilə tanış olublar, onlara universitetin kitabxana, səhiyyə, mədəniyyət və idman sahələri üzrə müvafiq struktur bölmələrinin nümayəndələri tərəfindən ali təhsil müəssisəsinin təqdim etdiyi akademik, sosial və mədəni imkanlar barədə ətraflı məlumat verilib.

Daha sonra Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda geniştərkibli oriyentasiya proqramı təşkil olunub. Tədbir Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində ADAU–Ege Universiteti Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva və Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun direktor müavini Hamit Özman çıxış edərək proqramın əhəmiyyətindən söz açıblar. Daha sonra Ege Universitetinin nümayəndələri türk dünyasının, Türkiyənin və İzmir şəhərinin tarixi və mədəniyyəti, eləcə də Ege Universitetinin və Türk Dünyası Araşdırmaları İnstitutunun fəaliyyəti haqqında təqdimatlarla çıxış ediblər.

İzmir Azərbaycanlılar Dərnəyinin İdarə Heyətinin sədri Pərviz Altay çıxışı zamanı tələbələri xaricdə təhsil aldıqları müddətdə diaspor fəaliyyətində fəal iştirak etməyə çağırıb.

Azərbaycanın Təhsil Müşavirliyinin İzmir üzrə nümayəndəsi Cavid Əliyev isə çıxışında akademik nailiyyətlərlə yanaşı, şəxsi inkişafın, intizamın və milli dəyərlərə sadiqliyin vacibliyini vurğulayıb, bu mövzuda tələbələrimizə olan inamını ifadə edib.

Daha sonra İzmir Gənclər və İdman İl Müdirliyinin Bornova Gənclər Mərkəzinin nümayəndəsi Nuray Demircan Özarpacı tələbələrə gənclər mərkəzlərinin fəaliyyəti, həyata keçirilən sosial, mədəni və idman layihələri, eləcə də universitetdənkənar inkişaf imkanları barədə ətraflı məlumat verib.

Tədbirin sonunda məruzəçilərə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, ADAU–Ege Universiteti Beynəlxalq İkili Diplom Proqramı çərçivəsində hazırda 229 tələbə təhsil alır, 128 nəfər isə proqramdan məzun olub.