ADMİU-da diplom müdafiəsi: süni intellektdən istifadə etdilər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin magistr tələbəsi Ramazan Həbibov özünün diplom müdafiəsini vizual moda nümayişi ilə təqdim edib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, “Futurizmin Təkamülü – Müasir İncəsənət və Modaya Təsiri” mövzusundakı diplom işində həmçinin süni intellekt və innovasiyalardan istifadə olunub.



