ADMİU-da "Məzun günü" qeyd olunub

24 İyun, 2026 - 13:31
ADMİU-da "Məzun günü" qeyd olunub

İyunun 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Məzun günü" tədbiri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir zamanı universitetin müxtəlif fakültələri üzrə fərqlənən tələbələr “İlin tələbəsi” nominasiyası ilə təltif olunublar. Eyni zamanda fakültələr üzrə pedaqoji fəaliyyəti və universitet həyatındakı aktiv iştirakı ilə seçilən müəllimlər də mükafatlandırılıb.

"Məzun günü" çərçivəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin kafedralarında təhsil alan tələbələr bədii proqramla çıxış ediblər. Onların ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova iştirak edib. O, komitə adından məzunları təbrik edərək gələcək peşə fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və davamlı inkişaf arzulayıb.

ADMİU-da "Məzun günü" qeyd olunub
ADMİU-da "Məzun günü" qeyd olunub