ADMİU tələbələri TÜRKSOY Festivalında Azərbaycanı uğurla təmsil ediblər

7 Oktyabr, 2026 - 11:32
ADMİU tələbələri TÜRKSOY Festivalında Azərbaycanı uğurla təmsil ediblər

Qazaxıstanın Türküstan şəhərində keçirilən IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Ququş yuvası üzərindən uçuş” tamaşasını təqdim ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, festival proqramında üçüncü tamaşa olaraq nümayiş olunan səhnə əsəri amerikalı yazıçı Ken Kizinin eyniadlı romanı əsasında Deyl Vassermanın səhnə uyğunlaşdırması əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru ADMİU SABAH mərkəzinin rəhbəri, Teatr sənəti fakültəsinin baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Nofəl Vəliyevdir.

Psixoloji dərinliyi və dramatik quruluşu ilə seçilən tamaşada psixiatriya klinikasındakı sərt və basqıcı sistemə qarşı mübarizə aparan Rendl Makmerfi və digər obrazların taleyi səhnə vasitəsilə təqdim olunub.

Tamaşadan sonra keçirilən ustad dərsində Özbəkistanlı teatr tənqidçisi və münsiflər heyətinin üzvü Marina Yusupova ADMİU tələbələrinin çıxışını yüksək qiymətləndirib. O, psixoloji və dramatik baxımdan mürəkkəb əsərin səhnə həllini uğurlu hesab edərək gənc aktyorların mürəkkəb obrazların öhdəsindən peşəkar səviyyədə gəldiklərini, onların səhnə enerjisini və obraz üzərində işini xüsusi qeyd edib.

Tamaşada əsas rolları Rəşad Dadaşov (Makmerfi), Zəhra Hüseynova (tibb bacısı Ratched), Rafael İbrahimov (Şef Bromden) və Əli Sərdarov (Billy Bibbit) canlandırıblar. Digər rollarda Rahib Allahquliyev, Xədicə Bayramova, Fərid Əliyev, Hidayət Kərimli, Atilla İbrahimli, Xədicə Beşirzadə və Mircəfər Zəkizadə çıxış ediblər.

Beləliklə, ADMİU tələbələrinin təqdim etdiyi tamaşa ilə festivalın üçüncü səhnə nümayişi başa çatıb. IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı iştirakçı kollektivlərin tamaşaları və ustad dərsləri ilə davam edir.