ADNSU-da “IDEALISE” inkubasiya proqramı çərçivəsində təlim keçirilib

7 Noyabr, 2025 - 12:14

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən “IDEALISE” İnkubasiya Proqramı çərçivəsində “Emosional Zəka” mövzusunda növbəti təlim baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlim ADNSU-nun Startup və Texnologiya Transfer Ofisinin baş mütəxəssisi Aysel Sadıqova tərəfindən keçirilib. Təlimdə iştirakçılara emosional zəka anlayışı, empatiya bacarığı, konfliktlərin idarə olunması və komanda daxilində sağlam dinamikanın formalaşdırılması kimi mövzular izah olunub.

Təlim zamanı tələbələr komanda üzvləri ilə qarşılıqlı anlaşmanı gücləndirən praktiki tapşırıqlar yerinə yetirib və emosional zəkanın startap mühitində uğurun əsas açarlarından biri olduğunu kəşf ediblər.

Təlimin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.