ADNSU-da laborantlar üçün intensiv təlim proqramı yekunlaşıb

2 İyul, 2026 - 10:50
ADNSU-da laborantlar üçün intensiv təlim proqramı yekunlaşıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın təşkilatçılığı ilə universitetin laborantları üçün peşəkar bilik və bacarıqların artırılmasına yönəlmiş təlim proqramı uğurla başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bir ay davam edən intensiv təlim proqramı çərçivəsində iştirakçılar laboratoriya fəaliyyətinin təşkili, müasir iş prinsipləri, təhlükəsizlik qaydaları və peşə fəaliyyətində zəruri olan digər istiqamətlər üzrə nəzəri və praktiki biliklərini təkmilləşdiriblər. Təlimlər iştirakçıların peşəkar səriştələrinin artırılması, iş prosesində daha səmərəli fəaliyyət göstərmələri və müasir tələblərə uyğun bacarıqlar qazanmaları məqsədilə təşkil olunub.

Proqramın sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə yekun qiymətləndirmədə iştirak ediblər. 