ADNSU-da texnoloji startapların kommersiyalaşdırılması üzrə təlim keçirilib

6 Aprel, 2026 - 12:46
ADNSU-da texnoloji startapların kommersiyalaşdırılması üzrə təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Deep Tech" inkubasiya proqramı çərçivəsində “Texnologiya hazırlıq səviyyəsi” mövzusunda növbəti təlim keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun Startup və Texnologiyaların Transferi Ofisi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Deep Tech" inkubasiya proqramı çərçivəsində təşkil olunan təlim tələbələr və gənc tədqiqatçılar üçün nəzərdə tutulub.

Təlimin spikeri “AgroChat”ın baş icraçı direktoru (CEO) və təsisçisi Şəhriyar Quliyev olub. O, innovasiya və aqrotexnologiyalar sahəsindəki təcrübəsini iştirakçılarla bölüşərək texnologiya yönümlü startapların inkişafı və kommersiyalaşdırılması istiqamətində mühüm məqamları diqqətə çatdırıb.

Təlim zamanı iştirakçılara “Texnologiya Hazırlıq Səviyyəsi (TRL)” anlayışı, texnologiyaların ideyadan bazara qədər keçdiyi inkişaf mərhələləri, innovativ məhsulların texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi və layihələrin kommersiyalaşdırılmasına hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində TRL modeli əsasında layihələrin hansı mərhələdə yerləşdiyinin müəyyən edilməsi, məhsulun bazara çıxış strategiyasının qurulması və texnologiya əsaslı ideyaların inkişafında düzgün qərarvermə yanaşmaları ətrafında geniş müzakirələr aparılıb.

Tədbir zamanı iştirakçılar spikerə suallar ünvanlayaraq öz layihələri ilə bağlı praktiki məsləhətlər əldə edib, texnologiya yönümlü startapların inkişafı və bazara çıxışı ilə bağlı biliklərini daha da genişləndiriblər.