ADNSU ilə Türkiyə universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

17 Dekabr, 2024 - 09:46

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov Türkiyəyə səfər çərçivəsində Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu ilə görüşüb.

ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə əməkdaşlıq əlaqələri müzakirə olunub. Gələcəkdə iki ali təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi, birgə elmi işlərin icrası istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələrlə bağlı hədəflər müəyyən olunub.

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.