ADNSU tələbələri mübadilə proqramı çərçivəsində İsveçdə təhsil alacaqlar

8 Yanvar, 2026 - 17:50
ADNSU tələbələri mübadilə proqramı çərçivəsində İsveçdə təhsil alacaqlar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin bir qrup tələbəsi 2025–2026-cı tədris ilinin yaz semestrində İsveç Krallığının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Linköping Universitetində mübadilə proqramı çərçivəsində təhsil alacaq.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, mübadilə proqramı tələbələrə beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını artırmaq, ixtisasları üzrə müasir tədris və tədqiqat imkanlarından yararlanmaq, eyni zamanda ADNSU-nu beynəlxalq müstəvidə layiqincə təmsil etmək imkanı yaradacaq.

Proqramda iştirak edəcək tələbələr aşağıdakılardır:

Nurlana Hacıyeva – Kompüter elmləri, III kurs

Nuray Bağırova – Kompüter elmləri, III kurs

Nigar Feyzi – Kompüter elmləri, III kurs

Əli Abbasov – Kompüter elmləri, III kurs

Azər Vəliyev – SABAH qrupları, Kompüter mühəndisliyi, III kurs