ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər.
Namizədlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura səviyyəsinə qəbul imtahanlarında minimal keçid balını toplamaq və beynəlxalq ingilis dili sertifikatı (IELTS minimum 7.0, TOEFL minimum 100 və ya Duolingo minimum 120) təqdim etmək tələb olunur.
İki illik proqramının məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək.
Proqrama sənəd qəbulunun son tarixi 30 mart 2026-cı ildir.
Sənədlərini təqdim etmiş namizədlər arasından akademik göstəricilərə əsasən ilk 75 nəfər növbəti mərhələyə buraxılacaq.
Qəbul şərtləri və tələblər və müraciət qaydası barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.



