ADPU-da “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqi öz işinə başlayıb

26 Yanvar, 2026 - 17:09
ADPU-da “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqi öz işinə başlayıb

Yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin açılış mərasimi keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbir başlamazdan əvvəl robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış olub.

Ümumilli Lider Heydər Əliyevin, qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bədii hissədən sonra Hədəf Liseylərinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov bildirib ki, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək məqsədilə təşkil olunan seminar-treninqdə beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə olunacaq.

Açılış mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, bu gün dünyada baş verən sürətli texnoloji dəyişikliklər təhsilin məzmununa və metodologiyasına yenidən baxılmasını zəruri edir. Məhz bu baxımdan STEAM yanaşması yalnız fənlərin inteqrasiyası deyil, eyni zamanda şagirdlərin analitik düşünmə, problem həlletmə, yaradıcılıq və innovativ yanaşma bacarıqlarının inkişafına yönəlmiş müasir təhsil fəlsəfəsidir.

Prof. Cəfər Cəfərov bildirib ki, məhz bu səbəblə də ölkənin əsas pedaqoji kadr hazırlığı mərkəzlərindən olan Pedaqoji Universitetdə STEAM yanaşmasının tətbiqi sistemli və ardıcıl xarakter daşıyır. 2021-ci ildən fəaliyyət göstərən STEAM Mərkəzi yalnız təlim və layihələrlə kifayətlənmir, eyni zamanda müəllim hazırlığında yeni məzmun yaradır, elmlə təhsilin real inteqrasiyasını təmin edir və region üçün nümunəvi bir STEAM platforması rolunu oynayır. Hazırda universitetdə 8 ixtisas üzrə STEAM əsaslı dərslərin tədris olunması bu istiqamətdə atılan addımların real nəticəsidir.

C.Cəfərov “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin təhsilin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin müasir təhsilin əsas çağırışlarına cavab verən yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etdiyini bildirib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Nicat Məmmədli, Türkiyənin Mudanya Universitetinin təsisçisi Qiyasəddin Bingöl, Qazaxıstan Təhsil Nazirliyi və ORLEU Təkmilləşdirmə İnstitutunun direktoru Meruert Medetbekova, Nizami adına Özbəkistan Pedaqoji Universitetinin Nəzəriyyə və metodika kafedrasının dosenti Ugiloy Kusanova, Qırğızıstan İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunun Beynəlxalq şöbəsinin baş mütəxəssisi Akunbek Ergeşov çıxış edib, layihənin əhəmiyyətindən və dünyadakı müasir çağırışlardan danışıblar.

“Hədəfdə STEAM” layihəsinin rəhbəri Şəmil Sadiq vurğulayıb ki, ardıcıl keçirilən təlim-treninqlərin əsas məqsədi müasir dünya təhsilinin qabaqcıl modellərindən olan STEAM əsaslı təhsilin Azərbaycanda tətbiqi təcrübəsini paylaşmaqdır. Hədəf liseyləri tədrisi STEAM yanaşması üzərində qurulan, Azərbaycanda bu modeli sistemli şəkildə tətbiq edən ilk lisey kimi müsair mərhələdə də bu innovativ yanaşmanı uğurla davam etdirir. O vurğulayıb ki, “Hədəfdə  STEAM-8” təhsil sahəsində STEAM metodunun XXI əsrin bacarıqlarına uyğun tətbiqi üçün nəzərdə tutulan vacib platformadır: Yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktik dərsləri, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq mütəxəssisin iştirakı layihənin əhəmiyyətini artırır.

Açılış mərasimindən sonra Şəmil Sadiq “Sinif startap modeli kimi: STEAM-da komanda işi və vəzifə bölgüsü”, Pedaqoji Universitetin Fizika fakültəsinin dekanı,  STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov “STEAM-da müəllim kompetensiyası: yeni nəsil pedaqoji yanaşmalar və dərsin modelləşdirilməsi”, Qırğızıstan Pedaqoji Kadrların Təkmilləşdirmə İnstitutunun direktor müavini Jarkın Sabırbekova “Qırğızstanda 12 illik təhsilə keçid və STEM fənninin tədrisinin xüsusiyyətləri”, Qubanın Alekseyevka kənd tam orta məktəbinin direktoru Sevil Allahverdiyeva “Dünya təcrübəsinin kənd məktəbində tətbiqi: Qubada STEAM məktəbi”, “Progress” şirkətinin şöbə müdiri və təlimçisi Aynur Hümbətova “STEAM-da robototexnika: sadə avadanlıqla yüksək effektli dərs modelləri”, Scientix və STEM PD üzrə səfir, STEAM təhsili üzrə beynəlxalq ekspert Aliyə Əhmədova isə “STEAM müəllimlərinin beynəlxalq inkişafı: ‘Scientix’ şəbəkəsi və STEAM Məktəb Nişanına müraciət” mövzularında elmi məruzələr ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hədəf Şirkətlər Qrupu və Türkiyənin Şərqi Aralıq Dənizi Universitetinin təşkilatçılığı ilə keçirilən “Hədəfdə STEAM-8” təlim-treninqində ümumilikdə 6 məruzə, Azərbaycan, rus və ingilis dillərində 5 blok üzrə 36 təlim və 5 seminar təqdim olunacaq. Təlim və seminarlarda STEAM metodu, bu metodun Azərbaycanda, Türkiyədə, Qırğızıstanda və Qazaxıstanda tətbiqi, perspektivləri və faydaları, süni intellekt əsrində qlobal çağırışlar və yeni təhsil həlləri, texnologiyanın sərhədlərini genişləndirən innovativ yanaşmalar əsas araşdırma və müzakirə olunacaq.

“Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqi yanvarın 27-də başa çatacaq.