ADPU-da respublika elmi-praktik konfrans keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Böyük Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “EL BİLİR Kİ, SƏN MƏNİMSƏN...” adlı respublika elmi-praktik konfransı keçiriləcək.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Konfransın bölmələri:
Səməd Vurğun poeziyasında tarixilik və müasirlik
Səməd Vurğunun yaradıcılığında millilik və ümumbəşərilik
Səməd Vurğunun poeziyasında dil və üslub məsələləri
Səməd Vurğun və folklor
Tezislərin tərtib olunma qaydaları:
• Məqalənin mətni konfransın müvafiq bölmələrinin mövzularına uyğun olmalıdır.
• Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılmalıdır.
• Məruzə mətninin formatı yuxarı, aşağı, soldan 2 sm, sağdan 1,5 sm olmaqla 5 səhifəyə qədər olmalıdır.
• Mətnin əvvəlində məqalənin adı, müəllifin soyadı, adı və atasının adı, təmsil olunduğu müəssisənin adı, göndərilən bölmənin adı qeyd edilməlidir.
• Açar sözlər (5–7 söz) – Azərbaycan, ingilis və rus dillərində, xülasə (60–80 söz) məqalənin yazıldığı dildən başqa iki dildə (rus, ingilis) olmalıdır.
• Ədəbiyyata istinadlar- Ədəbiyyat siyahısı – kvadrat mötərizədə – əlifba sırası ilə göstərilməlidir.
Məqalələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: kafedra.edebiyyat@adpu.edu.az
Məqalələrin göndərilməsi üçün son tarix: 18 aprel 2026-cı il
Ünvan: Bakı AZ-1000, Ü.Hacıbəyli, 68
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əlaqə telefonu: (+99412) 493-01-41



