ADPU komandası Azərbaycan Beynəlxalq Robot Olimpiadasında qalib olub

13 May, 2025 - 09:44

9-11 may tarixlərində Azərbaycanda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Robot Olimpiadasında (“Azerbaijan İnternational Robotics Olmypiad”) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri də iştirak ediblər. Yarışda 150 komandada 282 iştirakçı 7 kateqoriya üzrə mübarizə aparıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Pedaqoji Universitetin Fizika fakültəsinin STEAM Mərkəzinin müəllimi Vəfa Abdurahmanovanın mentorluğu ilə 3 kateqoriya üzrə yarışan ADPU komandası “Mega Sumo” və ”Line folowing” kateqoriyalarında müvafiq olaraq II və III yerlərə layiq görülüb.

Qeyd edək ki, komandanın tərkibində ADPU-nun Fizika fakültəsinin “Fizika müəllimliyi” ixtisasının IV kurs tələbəsi Həsənova Nərmin, Kimya və biologiya fakültəsinin “Biologiya müəllimliyi” ixtisasının III kurs tələbələri Cəfərova Tünzalə, Hacılı Əsmər, Qafarova Zeynəb, ADNSU-nun “Robototexnika və mexatronika” ixtisasının II kurs tələbəsi Dadaşzadə Həsən, 288 saylı tam orta məktəbin X sinif şagirdi Şəfiyev Uğur və 152 saylı tam orta məktəbin X sinif şagirdi Ayan Nazaraliyeva yarışıblar.