ADPU-nun müəllimi beynəlxalq festivalın “Qran-Pri”sini qazanıb

21 Oktyabr, 2024 - 16:07

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) incəsənət və fiziki tərbiyə fakültəsinin musiqi və onun tədrisi texnologiyası kafedrasının müəllimi Aygün Abaszadə “Astana Stars” – İtaliya-Qazaxıstan 2024 V Beynəlxalq Musiqi Festivalında “Milli vokal” kateqoriyası üzrə Qran Pri mükafatına layiq görülüb.

Bu barədə “Azərbaycan müəllimi”nə ADPU-dan məlumat verilib.

Həmçinin müsabiqədə kafedranın baş müəllimi Gülarə Aslanova da xüsusi diplomla təltif olunub.