Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, ümumilikdə 86 460 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.
Onlardan 23 919 nəfəri I, 19 041 nəfəri II, 24 414 nəfəri III qrup, 6966 nəfəri IV, 16 517 nəfəri isə V ixtisas qrupu üzrə ərizəsini təsdiqləyib.



