Ali təhsil müəssisələrinin qəbul planı 97 faiz dolub
Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİM-in İdarə Heyətinin sədri M.Abbaszadənin “Abituriyent” jurnalının 6-cı nömrəsində yer alan “Ön söz”ündə məlumat verilib.
Bildirilib ki, 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib: "Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir".




