Ali təhsildə elmi fəaliyyətin strateji idarəetməsi: planlaşdırma, rəqəmsal transformasiya
Ali təhsil müəssisələri yalnız bilik ötürən institutlar deyil, həm də yeni biliklərin istehsal olunduğu və cəmiyyətin sosial-iqtisadi inkişafına yön verən strateji elmi mərkəzlərdir. Müasir dövrdə universitetlərin funksiyası tədris, tədqiqat və cəmiyyətə xidmət prinsiplərinin inteqrasiyası üzərində qurulur. Bu kontekstdə elmi fəaliyyət universitetlərin institusional keyfiyyətinin, beynəlxalq nüfuzunun və innovasiya potensialının əsas göstəricilərindən biri kimi çıxış edir.
Bilik iqtisadiyyatına keçid şəraitində elmi fəaliyyət ali təhsil sisteminin transformasiyasında həlledici rol oynayır. Tədqiqat yönümlü universitet modeli akademik heyətin peşəkar inkişafını, tədris prosesinin müasir məzmunla zənginləşdirilməsini və tələbələrin tədqiqat bacarıqlarının formalaşmasını təmin edir. Bu yanaşma tələbələrin tənqidi düşüncə, analitik təhlil və problem həll etmə kimi XXI əsr kompetensiyalarını mənimsəməsinə şərait yaradır.
Eyni zamanda, elmi fəaliyyət universitetlərin cəmiyyət və iqtisadiyyatla əlaqələrinin gücləndirilməsində mühüm vasitədir. Elmi nəticələr dövlət siyasətinin hazırlanması, texnoloji innovasiyaların təşviqi və sosial problemlərin həlli üçün nəzəri və tətbiqi baza yaradır. Qlobal təcrübə göstərir ki, “tədqiqat universiteti” modeli elmi infrastrukturların, doktorantura proqramlarının və universitet-sənaye əməkdaşlığının gücləndirilməsini tələb edir. Buna görə də elmi fəaliyyətin strateji planlaşdırılması və idarə edilməsi müasir ali təhsil sisteminin əsas prioritetlərindən biri kimi çıxış edir.
Ali tәhsil müәssisәlәri yalnız tәhsil prosesinin tәşkilatçıları deyil, eyni zamanda yeni biliklәrin yaradıcısı vә cәmiyyәtin inkişafına dәstәk verәn elmi mәrkәzlәrdir. Elmi fәaliyyәt universitetin әsas vәzifәlәrindәn biri olmaqla, akademik keyfiyyәtin, beynәlxalq nüfuzun vә sosial-iqtisadi inkişafa töhfәnin әsasını tәşkil edir. Geniş anlamda, elmi fәaliyyәt ali tәhsil sisteminin bilik iqtisadiyyatına keçiddә әsas rol oynayan elementdir .
Elmi fәaliyyәt akademik heyәtin inkişafı, tәdrisin keyfiyyәtinin artırılması vә tәdqiqat yönümlü tәhsil modelinin qurulması baxımından hәlledicidir.
Tәdqiqatla mәşğul olan müәllimlәr daha aktual vә tәcrübәyә әsaslanan biliklәr tәqdim edir, tәlәbәlәr isә bu prosesdә araşdırma bacarıqları qazanırlar. Bu, tәlәbәlәrin tәnqidi düşüncә, problem hәlletmә vә analitik tәhlil kimi XXI әsr bacarıqları ilә tәchiz olunmasına xidmәt edir. Bundan әlavә, elmi fәaliyyәt universitetin cәmiyyәtlә әlaqәsini güclәndirir. Elmi nәticәlәr sosial problemlәrin hәlli, dövlәt siyasәtinin formalaşdırılması vә texnoloji innovasiyalar üçün baza rolunu oynayır.
Qlobal miqyasda “tәdqiqat universitetlәri” modeli dominant mövqeyә sahibdir. Bu modelә әsasәn, universitetin mәqsәdi yalnız mövcud biliklәri tәdris etmәk deyil, hәm dә yeni biliklәrin istehsalını tәşkil etmәkdir. Belә yanaşma universitetin strukturunda tәdqiqat institutları, elmi mәrkәzlәr vә doktorantura proqramlarının güclü şәkildә tәmsil olunmasını tәlәb edir. Elmi fәaliyyәtin idarә edilmәsi üçün strateji yanaşmalar vacibdir. Universitetlәr öz elmi prioritetlәrini milli innovasiya ehtiyacları vә qlobal elmi istiqamәtlәrlә uyğunlaşdırmalıdır [3,OECD, 2019]. Bu yanaşma hәm dә universitet-sәnaye әmәkdaşlığı vә qrant әsaslı maliyyәlәşmә modelini aktuallaşdırır.
Elmi fәaliyyәtin strateji planlaşdırılması
Elmi fәaliyyәt ali tәhsil müәssisәlәrinin dayanıqlı inkişafının әsas istiqamәtlәrindәn biri olmaqla, sistemli vә mәqsәdyönlü planlaşdırmaya ehtiyac duyur. Planlaşdırılmamış vә tәsadüfi xarakter daşıyan tәdqiqatlar nә akademik nәticә verir, nә dә milli innovasiya sisteminә real töhfәni tәmin edә bilir. Bu baxımdan, elmi fәaliyyәtin strateji planlaşdırılması hәm institusional sәviyyәdә, hәm dә milli elmi siyasәtin tәrkib hissәsi kimi aktuallıq qazanır. Strateji planlaşdırma ilk növbәdә elmi prioritetlәrin müәyyәnlәşdirilmәsi ilә başlanır. Universitetlәr öz tәdqiqat fәaliyyәtlәrini ölkәnin sosial-iqtisadi inkişaf hәdәflәri, regional ehtiyaclar, qlobal elmi meyillәr vә әmәk bazarının çağırışları ilә uyğunlaşdırmalıdır. Mәsәlәn, iqlim dәyişmәlәri, rәqәmsallaşma, bioetika, süni intellekt, enerji tәhlükәsizliyi kimi sahәlәr çağdaş elmi gündәmin әsas mövzuları olmaqla, bu istiqamәtlәr üzrә ixtisaslaşmış tәdqiqat mәrkәzlәrinin formalaşdırılmasını tәlәb edir. Strateji plan bu mövzular üzrә elmi potensialın sәfәrbәr olunmasına yönәlik mexanizmlәri әhatә etmәlidir. Elmi fәaliyyәtin strateji planlaşdırılmasında ikinci vacib mәrhәlә tәdqiqat infrastrukturlarının vә insan resurslarının inkişafıdır. Universitetlәrin elmi resurs xәritәsi hazırlanmalı, tәdqiqat laboratoriyaları, elmi platformalar vә texnologiya transfer ofislәri kimi dәstәklәyici strukturlar güclәndirilmәlidir. Eyni zamanda, elmi fәaliyyәtlә mәşğul olan müәllimlәrin vә tәdqiqatçıların bilik vә bacarıqları sistemli şәkildә artırılmalı, doktorantura vә postdoktorantura sәviyyәsindә elmi hazırlıq sahәsindә keyfiyyәt standartları müәyyәnlәşdirilmәlidir. Әks halda, strategiya kağız üzәrindә qalacaq vә real nәticә doğurmayacaqdır. Strateji planlaşdırmanın üçüncü komponenti elmi fәaliyyәtin nәticәlәrinin qiymәtlәndirilmәsi vә stimullaşdırılması ilә bağlıdır. Bu mәqsәdlә elmi fәaliyyәt üzrә açıq vә obyektiv göstәricilәrә әsaslanan monitorinq sistemlәri qurulmalıdır. Mәsәlәn, beynәlxalq bazalarda indekslәnmiş mәqalәlәrin sayı, innovasiya nәticәlәrinin (patent, model, proqram tәminatı) әldә olunması, sәnaye ilә әmәkdaşlıq әsasında qrantların cәlb edilmәsi, gәnc tәdqiqatçıların hazırlığı vә xarici tәrәfdaşlarla birgә layihәlәrin sayı kimi indikatorlar әsasında elmi fәaliyyәtin sәmәrәsi qiymәtlәndirilә bilәr.
Bu mexanizm yalnız nәzarәt mәqsәdi daşımamalı, eyni zamanda nәticәyönümlü fәaliyyәtә yönәlmiş stimullaşdırıcı sistemlәrlә (maddi vә akademik tәşviqlәr) tamamlanmalıdır. Maliyyәlәşdirmә dә strateji planlaşdırmanın ayrılmaz tәrkib hissәsidir.
Dövlәt büdcәsindәn ayrılan vәsaitlә yanaşı, universitetlәrin sәnaye tәrәfdaşları ilә әmәkdaşlıq edәrәk alternativ maliyyә mәnbәlәri formalaşdırması vacibdir. Tәdqiqat fondlarının yaradılması, mәqsәdli qrant proqramlarının tәtbiqi, elmi nәticәlәrin kommersiyalaşdırılması istiqamәtindә hüquqi vә inzibati mexanizmlәr sadәcә texniki deyil, strateji qәrarların әsasını tәşkil etmәlidir.
Elmi fәaliyyәtin strateji planlaşdırılması yalnız ali mәktәblәrin daxili idarәetmәsi ilә mәhdudlaşmır, eyni zamanda milli elmi siyasәtin tәrkib hissәsi olmalıdır. Dövlәt sәviyyәsindә elmi inkişaf strategiyası ilә universitetlәrin tәdqiqat planları arasında uzlaşma tәmin edilmәlidir. Әks halda, ali mәktәblәrin tәdqiqat fәaliyyәti ölkәnin innovasiya ehtiyacları ilә әlaqәsiz qalacaq.
Akademik azadlıqla strateji koordinasiya arasında balansın qorunması, hәm müstәqil tәdqiqatların inkişafına şәrait yaradır, hәm dә ümummilli hәdәflәrә yönәlmiş tәdqiqat istiqamәtlәrini dәstәklәyir. Nәticә etibarilә, elmi fәaliyyәtin strateji planlaşdırılması ali tәhsil sistemindә tәdqiqatın mәhsuldarlığını vә davamlılığını tәmin etmәk üçün hәlledici rol oynayır. Bu planlaşdırma yalnız sәnәd formasında deyil, sistemli fәaliyyәt mexanizmi kimi hәyata keçirildikdә, universitetlәr ölkәnin bilik iqtisadiyyatına keçidindә әsas lokomotivә çevrilә bilәr.
Elmi fәaliyyәtin idarә edilmәsi mexanizmlәri
Elmi fәaliyyәtin idarә edilmәsi mexanizmlәri Elmi fәaliyyәtin sәmәrәli idarә edilmәsi universitetlәrin elmi mәhsuldarlığının, beynәlxalq reytinq göstәricilәrinin vә cәmiyyәtә verdiyi töhfәnin mühüm tәnzimlәyici mexanizmidir. Ali tәhsil müәssisәlәrindә tәdqiqatların keyfiyyәt vә davamlılığını tәmin etmәk mәqsәdilә idarәetmә sistemlәri strateji sәviyyәdә qurulmalı, fәaliyyәt göstәricilәrinә әsaslanmalı vә çevik yanaşma ilә tәkmillәşdirilmәlidir. Bu sahәdә dünya üzrә müxtәlif modellәr formalaşıb vә onların müqayisәli tәhlili Azәrbaycanda tәtbiq edilә bilәcәk faydalı mexanizmlәrin müәyyәnlәşdirilmәsinә imkan yaradır.
Beynәlxalq tәcrübәyә nәzәr yetirdikdә, inkişaf etmiş ölkәlәrin ali mәktәblәrindә elmi fәaliyyәtin idarә edilmәsi mәqsәdilә çoxsәviyyәli strukturlaşma mövcuddur. Mәsәlәn, ABŞ vә Böyük Britaniyada universitetlәrdә tәdqiqat prorektorluğu (Vice President for Research) institutu fәaliyyәt göstәrir. Bu struktur elmi siyasәtin koordinasiyası, qrant idarәçiliyi, tәdqiqat etikası vә innovasiya transferi ilә mәşğul olur. Hәr bir fakültә vә ya institut daxilindә isә elmi şuralar vә tәdqiqat komitәlәri fәaliyyәt göstәrir ki, onlar lokal sәviyyәdә prioritetlәrin müәyyәnlәşdirilmәsi, tәdqiqat layihәlәrinin qiymәtlәndirilmәsi vә elmi fәaliyyәtin monitorinqinә cavabdehdir. Elmi fәaliyyәtin idarә edilmәsindә әsas prinsip nәticәyönümlü qiymәtlәndirmә vә hesabatlılıqdır. Mәsәlәn, Böyük Britaniyada tәtbiq olunan Research Excellence Framework (REF) mexanizmi universitetlәrin elmi fәaliyyәtini müxtәlif göstәricilәr üzrә qiymәtlәndirir: tәdqiqat keyfiyyәti, akademik tәsir, sosial-iqtisadi fayda vә innovativ nәticәlәr. Qiymәtlәndirmә nәticәlәrinә uyğun olaraq dövlәt tәrәfindәn maliyyәlәşdirmә hәyata keçirilir. Bu isә universitetlәri keyfiyyәtli tәdqiqatlara yönәldir vә daxili motivasiya yaradır. Almaniyada Humboldt modelinә uyğun olaraq elmi fәaliyyәtin idarә edilmәsi daha çox akademik azadlıq vә fәrdi tәşәbbüs üzәrindә qurulub. Burada professorların fәrdi laboratoriyaları, institut daxilindә tәdqiqat qrupları vә sәnaye ilә birbaşa әmәkdaşlıq modellәri geniş yayılmışdır. Alman Elmi-Tәdqiqat Fondu (DFG) vasitәsilә universitetlәr birbaşa qrant cәlb edir vә layihәlәrin icrası müstәqil şәkildә hәyata keçirilir.
Azәrbaycan timsalında elmi fәaliyyәtin idarә edilmәsi son illәrdә strukturlaşsa da, sistemli vә nәticәyönümlü idarәetmә mexanizmlәrinin tәtbiqi hәlәlik mәhdud sәviyyәdәdir. Elmi fәaliyyәt әsasәn elmi şuralar vә kafedralar sәviyyәsindә idarә olunur, lakin bu struktur çox vaxt formal xarakter daşıyır vә nәticә әsaslı göstәricilәrlә әlaqәlәndirilmir. Bir sıra universitetlәrdә elmi fәaliyyәt üzrә prorektorlar olsa da, tәdqiqat menecmenti, qrantların idarә edilmәsi vә beynәlxalq layihә әlaqәlәndirilmәsi üçün ayrıca müstәqil şöbәlәr nadir hallarda mövcuddur.
Eyni zamanda, tәdqiqatların nәticәlәrinin kommersiyalaşdırılması vә innovasiyaların tәtbiqi üçün universitet-istehsalat әmәkdaşlığı zәif inkişaf edib. Müasir dövrdә Azәrbaycan universitetlәrindә elmi fәaliyyәtin idarә edilmәsi üçün aşağıdakı mexanizmlәrin tәtbiqi vacibdir:
* Elmi idarәetmә strukturunun yenilәnmәsi: universitet daxilindә elmi fәaliyyәtin idarә edilmәsi ofislәrinin yaradılması, qrantlar üzrә menecerlәr vә layihә koordinatorları ilә tәmin olunması.
* Rәqәmsal elmi fәaliyyәt platforması: tәdqiqatların planlaşdırılması, nәzarәti vә qiymәtlәndirilmәsi üçün elektron sistemlәrin tәtbiqi.
* Nәticәyönümlü qiymәtlәndirmә modeli: elmi fәaliyyәtә dair göstәricilәrin – beynәlxalq nәşrlәr, indekslәnmә, qrantlar, patentlәr vә tәtbiqi nәticәlәrin әsas götürüldüyü sistemin yaradılması.
* Qarışıq maliyyәlәşdirmә modeli: dövlәt vә özәl sektor qrantları, beynәlxalq fondlar vә universitetdaxili resurslar arasında balansın yaradılması.
Belә mexanizmlәr yalnız idarәetmәnin sәmәrәliliyini artırmaqla kifayәtlәnmәz, eyni zamanda universitetlәrә qlobal rәqabәtdә irәlilәmәk vә elmi nüfuzlarını möhkәmlәndirmәk imkanı qazandırar. Nәticәdә, elmi fәaliyyәt tәkcә akademik göstәrici deyil, hәm dә cәmiyyәtә xidmәt edәn funksional mexanizmә çevrilәr.
Elmi fәaliyyәtin rәqәmsallaşdırılması vә açıq elmin rolu
Elmi fәaliyyәtin rәqәmsallaşdırılması vә açıq elmin rolu müasir elmi mühitdә fundamental dәyişikliklәrә sәbәb olmuşdur. Rәqәmsallaşma tәdqiqat proseslәrinin sәmәrәsini artırmaq, mәlumatların әldә olunmasını vә paylaşımını asanlaşdırmaqla yanaşı, elmi fәaliyyәtin şәffaflığını vә hesabatlılığını da güclәndirir. Açıq elmin prinsiplәri isә elmi nәticәlәrin geniş ictimaiyyәtә çatdırılmasını tәmin edir, elmi biliklәrin demokratiklәşmәsini vә beynәlxalq әmәkdaşlığı stimullaşdırır. Rәqәmsallaşdırma tәdqiqatların aparılması, mәlumatların saxlanması vә paylaşılması üçün yeni texnoloji platformalar vә vasitәlәr yaradır. Elmi mәqalәlәrin elektron nәşri, onlayn arxivlәr, mәlumat bazaları vә rәqәmsal laboratoriyalar tәdqiqatçıların işini sürәtlәndirir vә tәkrarlanmanın qarşısını alır. Bu isә elmi prosesin şәffaflığını artıraraq, nәticәlәrin daha etibarlı vә hesabatlı olmasını tәmin edir.
Eyni zamanda, rәqәmsal alәtlәr elmi idarәetmәdә vә keyfiyyәtin qiymәtlәndirilmәsindә yeni imkanlar yaradır, mәsәlәn, tәdqiqat göstәricilәrinin avtomatlaşdırılmış tәhlili vә ölçülmәsi kimi. Açıq elm konsepsiyası isә elmi mәlumatların, nәşrlәrin vә tәdqiqat nәticәlәrinin ictimaiyyәt üçün sәrbәst әlçatan olması prinsiplәrinә әsaslanır. Bu, elmi biliklәrin daha geniş auditoriyaya yayılmasını tәmin edir, elmi әmәkdaşlığı vә interdisiplinar tәdqiqatları tәşviq edir. Açıq elmin әsas vasitәlәri kimi açıq giriş jurnalları, açıq mәlumat bazaları, açıq laboratoriya qeydlәri vә elmi kommunikasiya platformaları çıxış edir. Bu vasitәlәr elmi nәticәlәrin daha sürәtli vә gәrәkli yayılmasına şәrait yaradır, elmi tәkrarlılığın vә etik problemlәrin qarşısını almağa kömәk edir. Müasir dövrdә rәqәmsallaşma vә açıq elmin tәtbiqi ali tәhsil vә tәdqiqat müәssisәlәrindә akademik azadlıq vә hesabatlılığın güclәndirilmәsindә әhәmiyyәtli rol oynayır. Rәqәmsal vasitәlәrlә tәdqiqatçılar daha geniş elmi mühitlә әlaqә saxlayır, tәdqiqat nәticәlәrini açıq şәkildә tәqdim edir vә öz fәaliyyәtlәrini hesabatlı şәkildә idarә edirlәr. Azәrbaycanda rәqәmsallaşma proseslәrinin sürәtlәndirilmәsi vә açıq elmin prinsiplәrinin tәtbiqi elmi fәaliyyәtin keyfiyyәtini artırmaq vә beynәlxalq inteqrasiyanı dәrinlәşdirmәk üçün zәruridir.
Belәliklә, elmi fәaliyyәtin rәqәmsallaşdırılması vә açıq elmin tәşviqi müasir elmi ekosistemin davamlı inkişafı vә inklüzivliyinin tәmin olunması üçün vacibdir. Bu istiqamәtdә innovativ texno-logiyaların tәtbiqi, açıq elmi tәşәbbüslәrin dәstәklәnmәsi vә müvafiq siyasәtlәrin formalaşdırılması ali tәhsil müәssisәlәrinin beynәlxalq sәviyyәdә rәqabәt qabiliyyәtini artırmaqla yanaşı, elmi biliklәrin sosial faydasını da güclәndirir.
Nәticә universitetlәrdә elmi fәaliyyәtin strateji idarәetmәsi müasir tәhsil vә tәdqiqat müәssisәlәrinin uğurunun әsas amillәrindәn biridir. Bu idarәetmә yanaşması elmi resursların sәmәrәli bölüşdürülmәsi, prioritet sahәlәrin müәyyәnlәşdirilmәsi, keyfiyyәtin yüksәldilmәsi vә beynәlxalq rәqabәt qabiliyyәtinin artırılması mәqsәdini daşıyır.
Strateji idarәetmәnin tәtbiqi nәticәsindә universitetlәr elmi fәaliyyәtin yönәldilmәsi vә nәzarәtindә daha sistemli vә mәqsәdyönlü ola bilirlәr. Әldә olunan tәcrübәlәr göstәrir ki, strateji idarәetmә elmi fәaliyyәtin planlaşdırılması vә hәyata keçirilmәsindә aydın hәdәflәrin vә indikatorların müәyyәn edilmәsinә imkan verir. Bu, tәdqiqatların prioritetlәşdirilmәsi, maliyyә vә insan resurslarının optimallaşdırılması üçün zәmin yaradır. Universitetlәrin uzunmüddәtli elmi strategiyalarının hazırlanması isә müasir elmi meyillәrә uyğunlaşma vә innovativ inkişafı tәmin edir. Strateji idarәetmә hәmçinin elmi fәaliyyәtin nәticәlәrinin ölçülmәsi vә qiymәtlәndirilmәsindә effektiv alәtlәrdәn istifadәni tәlәb edir. Bu, elmi mәhsuldarlığın artırılması, hesabatlılığın tәmin olunması vә fәaliyyәtin şәffaflığının yüksәldilmәsi baxımından vacibdir. Eyni zamanda, bu idarәetmә modelindә tәdqiqatçıların motivasiyasının artırılması vә onların akademik azadlığının qorunması arasında balansın yaradılması mühüm әhәmiyyәt kәsb edir.
Müzakirə və diskussiya
Bu tədqiqat ali təhsil sistemində elmi fəaliyyətin yalnız akademik göstərici deyil, universitetlərin institusional transformasiyasını və bilik iqtisadiyyatına keçidi müəyyən edən strateji komponent olduğunu göstərir. Aparılan təhlil sübut edir ki, elmi fəaliyyətin effektivliyi onun planlaşdırılması, idarə olunması və qiymətləndirilməsi mexanizmlərinin sistemli qurulmasından birbaşa asılıdır.
Müasir tədqiqat universiteti modeli elmi fəaliyyətin tədris və innovasiya funksiyaları ilə inteqrasiyasını tələb edir. Bu yanaşma universitetləri bilik istehsal edən təşkilatlardan sosial və iqtisadi inkişafın aktiv iştirakçılarına çevirir.
Azərbaycan kontekstində isə elmi fəaliyyətin strukturlaşması istiqamətində müəyyən irəliləyişlər müşahidə olunsa da, idarəetmənin institusional parçalanması, nəticəyönümlü stimullaşdırmanın məhdudluğu və universitet-sənaye əməkdaşlığının zəifliyi əsas problemlər kimi qalır. Bu vəziyyət elmi potensialın tam səfərbər olunmasına mane olur və tədqiqatların sosial-iqtisadi təsirini məhdudlaşdırır.
Tədqiqatın mühüm nəticələrindən biri odur ki, elmi fəaliyyətin rəqəmsallaşdırılması və açıq elm prinsiplərinin tətbiqi universitetlərin beynəlxalq inteqrasiyası və elmi məhsuldarlığının artırılması üçün strateji imkanlar yaradır. Rəqəmsal elmi idarəetmə alətləri hesabatlılığı gücləndirir, tədqiqatın ölçülməsini asanlaşdırır və qərarverməni sübut əsaslı edir.
Nəticə etibarilə, universitetlərdə elmi fəaliyyətin strateji idarə edilməsi yalnız akademik keyfiyyətin deyil, həm də milli innovasiya sisteminin inkişafının əsas şərtlərindən biridir. Elmi fəaliyyətin institusional səviyyədə gücləndirilməsi Azərbaycan ali təhsil sisteminin qlobal elmi məkana inteqrasiyasını sürətləndirə bilər.
Aparılan təhlil əsasında ali təhsil sistemində elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün bir sıra institusional və siyasət yönümlü tövsiyələr irəli sürülür.
1. Elmi idarəetmənin institusional modernləşdirilməsi: Universitetlərdə elmi fəaliyyətin koordinasiyası üçün müstəqil tədqiqat idarəetmə ofislərinin yaradılması vacibdir. Bu strukturlar qrant idarəçiliyi, layihə koordinasiyası, tədqiqat etikası və innovasiya transferini vahid sistemdə birləşdirməlidir. Belə mexanizm elmi fəaliyyətin formal xarakterdən çıxaraq strateji funksiyaya çevrilməsinə imkan yaradar.
2. Nəticəyönümlü qiymətləndirmə modelinin tətbiqi: Elmi fəaliyyətin qiymətləndirilməsi yalnız nəşr sayına deyil, tədqiqatın təsirinə əsaslanmalıdır. Beynəlxalq indekslənmə, sitat təsiri, innovativ nəticələr, sənaye əməkdaşlığı və sosial təsir indikatorlarının daxil edilməsi motivasiya sistemini gücləndirə bilər. Performans əsaslı maliyyələşdirmə bu prosesin mühüm alətidir.
3. Qarışıq maliyyələşdirmə və kommersiyalaşdırma: Dövlət maliyyələşdirməsi ilə yanaşı, sənaye tərəfdaşlığı, beynəlxalq qrantlar və universitet daxili fondların inkişafı təşviq edilməlidir. Texnologiya transfer ofislərinin gücləndirilməsi elmi nəticələrin iqtisadi dəyərə çevrilməsini sürətləndirə bilər.
4. Rəqəmsal elmi ekosistemin qurulması: Tədqiqatların planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi üçün vahid rəqəmsal platformaların yaradılması vacibdir. Bu platformalar açıq elm prinsiplərini dəstəkləməli, məlumat paylaşımını asanlaşdırmalı və qərarverməni data əsaslı etməlidir.
5. İnsan kapitalının və gənc tədqiqatçıların inkişafı: Doktorantura və postdoktorantura sisteminin keyfiyyətinin artırılması, beynəlxalq mobillik və interdisiplinar tədqiqat mühitinin yaradılması uzunmüddətli elmi potensialın əsas şərtidir. Akademik karyera modellərinin şəffaflaşdırılması motivasiya mühitini gücləndirə bilər.
6. Akademik azadlıq və strateji koordinasiya arasında balans: Elmi prioritetlərin müəyyənləşdirilməsi mərkəzləşdirilmiş yanaşma ilə aparılsa da, tədqiqatçıların fərdi təşəbbüsləri qorunmalıdır. Bu balans innovasiya və yaradıcılığın əsas şərtidir.
Azәrbaycan universitetlәrindә strateji idarәetmәnin tәtbiqi tәdricәn inkişaf edir, lakin hәlә dә bәzi çәtinliklәr mövcuddur. Bunlar arasında elmi fәaliyyәtin koordinasiyasında mәrkәzlәşmә vә şәffaflıq çatışmazlığı, resursların qeyri-bәrabәr bölgüsü vә strateji planlaşdırmanın tam hәyata keçirilmәmәsi qeyd edilә bilәr. Bu problemlәrin aradan qaldırılması üçün beynәlxalq tәcrübәdәn yararlanmaq, müasir idarәetmә modellәrini tәtbiq etmәk vә kadr hazırlığını güclәndirmәk zәruridir. Nәticә olaraq, universitetlәrdә elmi fәaliyyәtin strateji idarәetmәsi elmi potensialın artırılması vә beynәlxalq sәviyyәdә rәqabәt qabiliyyәtinin güclәndirilmәsi üçün vacib vasitәdir. Azәrbaycan tәhsil müәssisәlәrindә bu idarәetmә sistemlәrinin tәkmillәşdirilmәsi ali tәhsil vә tәdqiqat sahәsindә keyfiyyәtin yüksәldilmәsinә vә ölkәnin elm vә tәhsil sahәsindә inkişafına mühüm töhfә verәcәkdir. Azәrbaycanda ali tәhsil vә elmi-tәdqiqat müәssisәlәrinin qarşısında dayanan әsas çağırışlardan biri mövcud elmi potensialın sәmәrәli şәkildә sәfәrbәr olunması vә real nәticәlәrә yönәldilmәsidir. Bu mәqsәdә çatmaq üçün institusional sәviyyәdә kompleks islahatlara ehtiyac vardır. Elmi potensialın sәfәrbәr olunması yalnız fәrdi tәşәbbüslәrlә deyil, sistemli vә davamlı institusional islahatlarla mümkündür. Strateji idarәetmәyә әsaslanan bu islahatlar vasitәsilә universitetlәr daha mәhsuldar, innovativ vә beynәlxalq elmi arenada rәqabәtә davamlı aktorlara çevrilә bilәr. Azәrbaycanda bu istiqamәtdә reallaşdırılan tәdbirlәr vә atılacaq addımlar elm vә tәhsil sektorunun inteqrasiyasını, hәmçinin onun sәmәrәliliyini әhәmiyyәtli dәrәcәdә artıracaqdır.
Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim



