Alimlərimiz fərdiləşmiş tibbin inkişafına töhfə verən yeni biosensorlar hazırlayıblar
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioloji mayelərdə Doksorubisinin miqdarının aşkarlanması üçün ultrahəssas biosensorların hazırlanması” mövzusunda aparılan tədqiat çərçivəsində fərdiləşmiş tibbin inkişafına töhfə verən yeni biosensorlar hazırlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə institutun hesabat tədbirində qeyd olunub.
Qeyd olunub ki, bu biosensorlar Doksorubisin kimi xərçəng müalicəsində istifadə olunan dərmanların qan plazmasındakı miqdarını yüksək dəqiqliklə ölçməyə imkan verir.
Tədqiqatın nəticələri "ACS Applied Nano Materials" jurnalı tərəfindən nəşr olunub.


