AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransının keçirilməsi haqqında məsələyə də baxılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələrin ümumiləşdirilməsi və elmi ictimaiyyətə təqdim olunması, müxtəlif elm sahələrində fəaliyyət göstərən gənc tədqiqatçılar arasında elmi kommunikasiyanın genişləndirilməsi, multidissiplinar əməkdaşlıq imkanlarının yaradılması, perspektivli tədqiqat istiqamətlərinin və yeni elmi təşəbbüslərin müəyyənləşdirilməsi, gənc alimlərin müasir elmi çağırışlara münasibətinin öyrənilməsi baxımından onların vahid elmi platformada bir araya gətirilməsinə ehtiyac vardır.
Akademik İsa Həbibbəyli ilk dəfə keçiriləcək konfransın gənc alimlərin elmi yaradıcılığının stimullaşdırılması, onların əldə etdikləri mühüm nəticələrin elmi ictimaiyyətə təqdim edilməsi, elmi fikir və təcrübə mübadiləsinin genişləndirilməsi, yeni elmi əməkdaşlıqların formalaşdırılması və AMEA-da həyata keçirilən yeniləşmə prosesində elmi gəncliyin rolunun daha da artırılması məqsədi daşıyır.
İclasda konfransın dekabr ayında keçirilməsi qərara alınıb və Təşkilat komitəsi yaradılıb.




