AMEA əməkdaşlarının beynəlxalq jurnallarda çap olunan məqalələrinin sayı artıb

18 Sentyabr, 2026 - 15:41
AMEA əməkdaşlarının beynəlxalq jurnallarda çap olunan məqalələrinin sayı artıb

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı ötən illərlə müqayisədə kəskin artıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin ilk altı ayında beynəlxalq bazalarda indekslənən elmi işlərin sayında kəskin artım müşahidə olunub.

 Beynəlxalq bazalarda təmsil olunan AMEA strukturlarının da sayı iki dəfə artıb.

Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının 2026-cı ilin birinci yarısı üzrə “Web of Science” və “Scopus” bazasında indekslənən jurnallarında dərc olunmuş məqalələrinin siyahısı təsdiq edilib və onların hər birinin mükafatlandırılması qərara alınıb.