AMEA-nın Gəncə Bölməsində yeni kadr təyinatı

24 Fevral, 2025 - 15:03
AMEA-nın Gəncə Bölməsində yeni kadr təyinatı
AMEA-nın Gəncə Bölməsində yeni kadr təyinatı
AMEA-nın Gəncə Bölməsində yeni kadr təyinatı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb. Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun bu vəzifəyə təyin edilməsi təklif edilib. Müzakirələrdən sonra Əlimuxtar Muxtarov bölmənin sədrinin müavini vəzifəsinə təsdiq olunub.