Gəncə məzunu nüfuzlu universitetlərdən qəbul təklifi aldı, Harvardı seçdi

20 May, 2026 - 16:22
Gəncə məzunu nüfuzlu universitetlərdən qəbul təklifi aldı, Harvardı seçdi

Gəncə şəhər 27 nömrəli məktəb-liseyin 2017-2018-ci tədris ilinin məzunu Selcan Məmmədli dünyanın bir necə nüfuzlu ali məktəbinin magistraturasına eyni vaxtda qəbul olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Selcan Məmmədli Harvard Hüquq Məktəbinə (tam təqaüd), Çikaqo Universitetinə (tam təqaüd, 84 000 ABŞ dolları), Nyu-York Universitetinə (25 000 ABŞ dolları təqaüd) və Kaliforniya Universitetinə, Almaniya hökumətinin DAAD ERP təqaüdünə və Avropa İttifaqının Erasmus Mundus MIPDAL proqramına seçilib. Selcan Harvard Hüquq Məktəbini seçib.

Selcan Məmmədli məktəb-liseyi qızıl nişanla bitirib, ali məktəbə 700 balla daxil olub və Prezident təqaüdünə layiq görülüb.