Goranboyda iki yeni məktəb binası tikilir

10 Avqust, 2026 - 15:19
Goranboyda iki yeni məktəb binası tikilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Goranboy rayonunda təhsil infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, hazırda Goranboy rayon internat tipli inteqrasiya təlimli gimnaziya üçün 320 şagird yerlik yeni binanın tikintisi aparılır. Yeni tikilən Qızılhacılı qəsəbəsində yerləşən Dilbazi Qasımov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagird tutumu 624 nəfərdir. Üçmərtəbəli məktəb binasında 26 sinif, 2 texnologiya, 2 informatika otaqları,  kimya, fizika, biologiya kabinetləri və laboratoriyaları  mövcuddur.

Məktəbdə şagirdlərin təlim-tədris fəaliyyəti ilə yanaşı, müxtəlif istiqamətlərdə inkişafı üçün də şərait yaradılıb. Təhsil müəssisəsində böyük yeməkxana, idman zalı, kitabxana və akt zalı fəaliyyət göstərir. Həmçinin direktor və müavinlər üçün iş otaqları, müəllimlər otağı, geniş dəhlizlər, hərbi kabinet mövcuddur.

Onu da qeyd edək ki, region üzrə ümumilikdə 91 təhsil müəssisəsində cari təmir işləri həyata keçirilir.