ARTİ MİQ imtahanlarına peşə ixtisasları üzrə suallar hazırlayan mütəxəssislər axtarır

4 Aprel, 2025 - 13:08
ARTİ MİQ imtahanlarına peşə ixtisasları üzrə suallar hazırlayan mütəxəssislər axtarır

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi müəllimlərin işə qəbulu imtahanlarına peşə ixtisasları üzrə test suallarının hazırlanması üçün mütəxəssislər axtarır.

“Azərbaycan müəllimi” Təhsil İnstitutuna istinadən xəbər verir ki, namizədlərə dair tələblər:

Müvafiq ixtisas üzrə minimum 3 il pedaqoji təcrübə;
Peşə ixtisası üzrə bilik və bacarıqlar;
Qiymətləndirmə vasitələrinin hazırlanması sahəsində təcrübə və testlərin tərtib edilməsi prinsipləri haqqında məlumatlılıq;
Fikirləri yazılı olaraq ifadə etmək bacarığı.

Əməkdaşlıq etmək istəyən və qeyd olunan tələblərə uyğun gələn namizədlər müvafiq keçidə daxil olaraq sorğunu doldura bilərlər: https://forms.gle/GXYN9W8CAjuwXnJRA

Son müraciət tarixi: 15 aprel 2025-ci il

ARTİ MİQ imtahanlarına peşə ixtisasları üzrə suallar hazırlayan mütəxəssislər axtarır
ARTİ MİQ imtahanlarına peşə ixtisasları üzrə suallar hazırlayan mütəxəssislər axtarır