ASA beynəlxalq reytinq cədvəlində yer alıb
Azərbaycan İdman Akademiyası (ASA) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinq cədvəlində yer alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, akademiya “Səhiyyə və rifah” , “Keyfiyyətli təhsil” , “Layiqli iş və iqtisadi artım” və “Bərabərsizliyin azaldılması” kateqoriyaları üzrə 601–800, “Yoxsulluğa son” kateqoriyası üzrə 801+, “Məqsədlər üçün tərəfdaşlıq” kateqoriyası üzrə isə 1001–1500 aralığında yer alaraq Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni beynəlxalq səviyyədə nümayiş etdirib.
Ümumi nəticələrə əsasən, Azərbaycan İdman Akademiyası əvvəlki illə müqayisədə reytinq göstəricilərini yaxşılaşdıraraq irəliləyiş göstərib və dünya üzrə isə 1001–1500-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Times Higher Education Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfəni qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir.




