Aşqarlar Kimyası İnstitutu əməkdaşlarının elmi məqalələrinə 300-dən çox istinad edilib

9 Dekabr, 2024 - 11:57

Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2024-cü ildə 14 mühüm elmi nəticə əldə olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib.

Həmçinin institut alimləri tərəfindən turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavənin istehsalı da davam etdirilib.

İl ərzində 51 elmi məqalə, onlardan 36 xaricdə (21 məqalə "Web of Science" və "Scopus" bazalarında, 5 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunub, 15 patent alınıb, 3 kitab (onlardan 2-si xaricdə) nəşr olunub.

2024-cü ildə institut əməkdaşlarının məqalələrinə 300-ə yaxın is­ti­­nad­lar edilib.