ATU Şuşada “İstiqlaldan Zəfərə” adlı tədbir keçirib

26 May, 2026 - 14:53
ATU Şuşada “İstiqlaldan Zəfərə” adlı tədbir keçirib

Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə, 28 May – Müstəqillik Gününə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “İstiqlaldan Zəfərə” adlı tədbir təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ATU-nun rektoru Yaşar Ömərov bildirib ki, Azərbaycan dövlətçiliyinin qorunması, milli həmrəyliyin təmin olunması və müstəqil Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olub. Rektor qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi Böyük Zəfərin təməlində də məhz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Yaşar Ömərov tədbirin Şuşada keçirilməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayaraq bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtında istiqlal, milli qurtuluş və Zəfər ideyalarının bir arada qeyd olunması dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin təntənəsinin ifadəsidir.

Daha sonra elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, İnsan resursları şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə məruzələrlə çıxış ediblər.

Tədbirdə həmçinin İdarəetmə kafedrasının müdiri, professor Fizuli Məmmədov və Turizm fakültəsinin dekanı Yusif Hümbətov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafındakı tarixi xidmətlərindən, milli qurtuluş və müstəqillik tarixindən, eləcə də Azərbaycanın Böyük Zəfərə gedən yolundan danışıblar.