Azad olunmuş rayonların şagirdləri idman yarışında bir araya gəlir

20 İyun, 2026 - 11:03
Azad olunmuş rayonların şagirdləri idman yarışında bir araya gəlir

Azərbaycanda Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.

“Azərbaycan müəllimi”nin məlumatına görə, olimpiadada azad edilmiş ərazilərimizdən Ağdam, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Zəngilan rayonlarının təmsilçiləri iştirak edəcək.

Belə ki, Ağdam rayonunu cüdo və sərbəst güləş yarışlarında 9 idmançı, 2 məşqçi təmsil edəcək.
Füzuli rayonu isə sərbəst güləş üzrə 6 idmançı və 1 məşqçi ilə təmsil ediləcək.

Həmçinin Xocavənd rayonundan olimpiadaya sərbəst güləş üzrə 5 idmançı və 1 məşqçi qatılacaq
Qubadlı rayonu üzrə isə cüdo yarışlarında 5 idmançı və 1 məşqçi iştirak edəcək.

Şuşa şəhərinin komandasında isə cüdo, gimnastika və yunan-roma güləşi üzrə 24 idmançı və 6 məşqçi iştirak edəcək.

Zəngilan rayonunu isə yunan-roma güləşi üzrə 10 idmançı və 2 məşqçi təmsil edəcək.