Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunan məqalələrinin sayı artıb

28 Dekabr, 2024 - 10:32
Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunan məqalələrinin sayı artıb
Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunan məqalələrinin sayı artıb

“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2024-cü ildə dərc olunmuş məqalələrinin sayında ötən ilin göstəricisinə nisbətən 40 faizə yaxın artım müşahidə olunub (2023-cü il üzrə göstərici - 2 816, 2024-cü il üzrə cari göstərici - 4000).

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

ClarivateTM şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2024-cü ildə dərc edilmiş elmi məqalələrin sayında ötən ilin göstəricisinə nisbətən 52,9 faiz artım müşahidə olunub (2023-cü il üzrə göstərici -1885, 2024-cü üzrə cari göstərici - 2882).