Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir – Nazir müavini

9 Dekabr, 2025 - 10:47
Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir – Nazir müavini

"Dünya sürətlə dəyişir. Süni intellekt artıq ən ağıllı şagirdə çevrilir".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında deyib.

“Təhsilin məqsədi artıq öyrənmək və öyrətməkdir. İnanıram ki, bu konfrans təkcə bilik mübadiləsi ilə bitməyəcək. Mütərəqqi təhsil sistemini olduğu kimi tətbiq etmək olmur. Təhsil sistemləri bir ölkədən digərinə nisbətən dəyişir. Təhsildə keyfiyyət mütləq tamamlanmalı, qorunmalıdır. Hər zaman bu sahədə islahatlar hazırlamaq heç də asan olmur. Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir", - deyə o bildirib.