Elxan Nəcəfov kollektivə təqdim edilib
Noyabrın 23-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri Elxan Nəcəfovu kollektivə təqdim edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Eşqi Bağırov Elxan Nəcəfovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, idarənin gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr barədə fikirlərini bölüşüb. O, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi, idarənin fəaliyyətində səmərəliliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Agentlik direktoru həmçinin, 2022-ci ildən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmış İlhamə Abdullayevanı da yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Abdullayeva İlhamə Sarif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Agentliyin Uşaq inkişafı və rifahı şöbəsinə müdir təyin edilib.




