Azərbaycan Pakistanla peşə hazırlığı üzrə əməkdaşlığını genişləndirəcək

23 İyul, 2026 - 15:18
Azərbaycan Pakistanla peşə hazırlığı üzrə əməkdaşlığını genişləndirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistanın federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, nazir müavini Hidayət Abdullayev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Görüşdə əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirliklər arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu, bu sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Pakistanla peşə hazırlığı üzrə əməkdaşlığını genişləndirəcək
Azərbaycan Pakistanla peşə hazırlığı üzrə əməkdaşlığını genişləndirəcək