Hər dörd şagirddən birinin peşə seçimi bacarıqlarına uyğundur - Elnur Səfərli

18 Noyabr, 2026 - 11:33
Hər dörd şagirddən birinin peşə seçimi bacarıqlarına uyğundur

“Təhsilin əmək bazarına uyğunluğunun, nə dərəcədə planlı qurulduğunun, hansı ixtisaslara nə qədər tələbatın olduğunun müəyyənləşdirilməsi ilə bağlı təhlilləri mütəmadi olaraq aparırıq və bu məlumatları müvafiq təhsil müəssisələrinə təqdim edirik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” panel müzakirəsində səsləndirib.

E.Səfərli qeyd edib ki, 2 420 şagirdi əhatə edən sorğu keçirilib və sorğu əsasında onların hansı peşələrə meyil göstərdikləri, hansı peşələrə yönəlmək istədikləri ilə bağlı məlumatlar əldə edilib: “Sorğuda iştirak edənlərin 27 faizində seçdikləri peşə ilə öz bacarıqlarının üst-üstə düşür. Bu da o deməkdir ki, ölkədə hər dörd şagirddən birinin seçdiyi peşə ilə bacarıqları arasında uyğunluq məsələsi mövcuddur”.

Sədr bildirib ki, müxtəlif peşə istiqamətləri üzrə tədbirlər keçirilməli, peşələrin tanıdılması ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Şagirdlərin əmək bazarını tanıması, düzgün peşə istiqamətlərini müəyyən etməsi və bu istiqamətlərə yönləndirilməsi üçün sistemli iş aparılmalıdır.