Naxçıvanda “Gələcəyin Peşələri Sammiti” keçirilir
Naxçıvan şəhərində “Gələcəyin Peşələri Sammiti” keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən sammit “Gələcəyə tərəf” devizi altında təşkil olunub.
Tədbirin əsas məqsədi əmək bazarının gələcək tələblərini, yeni peşə və bacarıqları, insan kapitalının inkişafı və regionda karyera imkanlarını müzakirə etməkdir.
Sammit çərçivəsində əmək bazarının transformasiyası, peşə hazırlığı və güclü karyera ekosisteminin formalaşdırılması istiqamətində panel müzakirələri və vörkşopun keçirilməsi nəzərdə tutulur. Tədbirdə dövlət, təhsil və biznes nümayəndələrinin iştirakı ilə Naxçıvanın İnsan Kapitalı Yol Xəritəsinin formalaşdırılması məsələləri də müzakirə ediləcək.




