Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub

21 May, 2025 - 17:25

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil İşçiləri Həmkarlar İttifaqı və AFFA-nın dəstəyi ilə baş tutub.

Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin nümayəndələri, tələbə komandaları, idman ictimaiyyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Final qarşılaşmasında Azərbaycan Texniki Universiteti ilə Azərbaycan İdman Akademiyasının komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun yekununda İdman Akademiyasının komandası qalib gələrək Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün çempionu olub.

Yarışın nəticələrinə əsasən:

•    I yer – Azərbaycan İdman Akademiyası
•    II yer – Azərbaycan Texniki Universiteti
•    III yer – Bakı Dövlət Universiteti

Bağlanış mərasimində qalib və fərqlənən idmançılar diplom, medal və kuboklarla təltif olunublar. Tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə 29 noyabr 2024-cü il tarixdə start verilib və liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.