Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib

16 Aprel, 2025 - 15:16
Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib
Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarı və rektorun əmri ilə İmtahan Mərkəzi bir qurum kimi ləğv edilib. Bu səbəbdən də imtahan sistemində və imtahanların keçirilməsində bəzi dəyişikliklər olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bundan sonra adıçəkilən qurum İnformasiya Texnologiyaları Departamentinin nəzdində bir şöbə kimi fəaliyyət göstərəcək. Şöbəyə Cəmilə Quliyeva rəhbərlik edir. İmtahanların koordinasiyası isə IT departamenti tərəfindən həyata keçiriləcək.