Azərbaycan universitetləri reytinqdə ən yüksək nəticəni bu sahələr üzrə göstərib
Azərbaycanın 7 universiteti 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə 22 təhsil proqramı ilə daxil olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, ötən il reytinqdə 5 təhsil proqramı ilə təmsil olunduğumuzu nəzərə alaraq, cari ildə Azərbaycan universitetlərinin mövqeyinin sayı 4 dəfə artıb.
Qeyd edək ki, universitetlərimiz “Neft və qaz sahəsində mühəndislik elmləri”, “Müasir dillər”, “İqtisadiyyat və ekonometrika”, “İncəsənət və dizayn” kimi sahələrdə yüksək nəticə göstərib.
|
Ali təhsil müəssisəsi |
Mövqe sayı (2026) |
Ən yüksək mövqe qeydə alınan sahə (2026) |
Ən yüksək mövqe (2026) |
|
Bakı Dövlət Universiteti |
10 |
Neft və qaz sahəsində mühəndislik elmləri |
51-100 |
|
Azərbaycan Dövlət İqtisad Universiteti |
4 |
İqtisadiyyat və ekonometrika |
201-250 |
|
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
2 |
Neft və qaz sahəsində mühəndislik elmləri |
101-150 |
|
Azərbaycan Dillər Universiteti |
2 |
Müasir dillər |
151-200 |
|
Bakı Mühəndislik Universiteti (ilk dəfə) |
2 |
Neft və qaz sahəsində mühəndislik elmləri |
151-175 |
|
Azərbaycan Memarlıq və İnşaat Universiteti (ilk dəfə) |
1 |
İncəsənət və dizayn |
201-300 |
|
Azərbaycan Texniki Universiteti (ilk dəfə) |
1 |
Kompüter elmləri və informasiya sistemləri |
701-750 |



