Azərbaycanda 200-dən çox məzun gürcü dilində imtahan verib

24 Aprel, 2025 - 12:50
Azərbaycanda 200-dən çox məzun gürcü dilində imtahan verib
Azərbaycanda 200-dən çox məzun gürcü dilində imtahan verib

Azərbaycanda gürcü dilində 200-dən çox məzun imtahan verib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Gürcü dilində 200-dən çox məzun imtahan verib. 120 nəfər doqquzuncu sinifdə, təxminən 100 nəfər isə 11-ci sinifdə imtahan verib. Biz imtahan nəticələrini gürcü mütəxəssislərlə birgə ekspertizadan keçirirdik. Gürcüstanda Azərbaycan dili imtahanlarında test tapşırıqların yazılmasında biz də iştirak edirdik".