Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı
Gədəbəy rayon uşaq-gənclər idman-şahmat məktəbinin direktor səlahiyyətlərini icra edən məşqçi-müəllimi Beyrək Bağırov savat idman növü üzrə bürünc medala layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Beyrək Bağırov Özbəkistanın Daşkənd şəhərində keçirilən Savate Assaut üzrə Böyüklərin Dünya Kubokunda iştirak edib. O, 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edərək bürünc medala layiq görülüb.



