Azərbaycanla Türkiyə arasında elm sahəsində əməkdaşlıq sazişinə əlavə protokol təsdiqlənib
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” təsdiq edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanunda deyilir:
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” təsdiq edilsin".


