AzMİU alimlərinin daha bir ixtirasına patent verilib

23 Sentyabr, 2026 - 11:30
AzMİU alimlərinin daha bir ixtirasına patent verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) alimlərinin elmi-tədqiqat fəaliyyətinin daha bir nəticəsi olaraq yeni “Məsaməli betonun hazırlanması üçün xammal qarışığı” adlı ixtiraya Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ixtira i 2026 0108 nömrəli patentlə rəsmiləşdirilib. İxtiranın patent sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Patent müəllifləri isə professor Abbas Quvalov və Mahirə Ağazadədir.

Yeni ixtiranın əldə olunması AzMİU-da materialşünaslıq, tikinti materialları və beton texnologiyaları istiqamətində aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrindəndir.

AzMİU alimlərinin daha bir ixtirasına patent verilib