AzMİU-da “Elmi məqalələrin hazırlanması qaydaları” mövzusunda seminar keçirilib

26 Noyabr, 2025 - 11:43

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Elmi Cəmiyyətinin (AzMİU TEC) təşkilatçılığı ilə bakalavr, magistr, doktorant və gənc tədqiqatçılar üçün “Elmi məqalələrin hazırlanması qaydaları” mövzusunda seminar keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzMİU TEC-in sədri Günel İmamquliyeva tələbələrin akademik yazı bacarıqlarını inkişaf etdirmələri və beynəlxalq standartlara uyğun məqalə hazırlanması prosesini daha dərindən öyrənmələri məqsədi daşıyan bu kimi seminarların mütəmadi keçiriləcəyini bildirib. 

Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti, “Elmi əsərlər” jurnalının məsul katibi Samirə Əkbərova elmi məqalə yazılması prosesində tələbələrin ən çox rastlaşdığı çətinliklərdən danışıb və mövzunu mərhələli şəkildə izah edib. 

Təqdimatda elmi məqalənin strukturu, tədqiqat mövzusunun seçilməsi, açar sözlərin müəyyənləşdirilməsi, ədəbiyyatın düzgün araşdırılması, mənbələrin APA tələblərinə uyğun tərtibi və plagiat risklərinin qarşısının alınması kimi mühüm məqamlar əhatəli formada şərh olunub.

Seminar iştirakçıları real nümunələr üzərində tezis tərtibi, nəticələrin formalaşdırılması və elmi üslubun qorunması ilə bağlı praktiki biliklər əldə ediblər. 

Qeyd edək ki, seminar gənc tədqiqatçıların elmi fəaliyyətə marağını artırmaqla yanaşı, gələcək tədqiqatlara daha hazırlıqlı şəkildə qoşulmasına mühüm dəstək xarakteri daşıyır.