AzMİU-da “Memarlıq və Şəhərsalma İli” çərçivəsində maarifləndirici ekskursiya təşkil olunub

27 Yanvar, 2026 - 14:16
AzMİU-da “Memarlıq və Şəhərsalma İli” çərçivəsində maarifləndirici ekskursiya təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Memarlıq və Şəhərsalma İli” çərçivəsində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri üçün maarifləndirici ekskursiya keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ekskursiya zamanı şagirdlər Heydər Əliyev Muzeyi, universitetin sərgi salonu və müasir laboratoriyaları ilə tanış olub, AzMİU tələbələrinin hazırladığı layihələrə baxmaq imkanı əldə edib, memarlıq, inşaat və şəhərsalma ixtisasları barədə ətraflı məlumat alıblar. 

Şagirdlərin çoxsaylı sualları cavablandırılıb, bu sahələrə dair bilik və bacarıqlarını artırmaq üçün ətraflı izahat verilib.

Qeyd edək ki, ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin memarlıq və şəhərsalma sahələrinə marağını artırmaq, onları yaradıcılığa təşviq etmək, gələcəkdə bu sahələrdə təhsil almağa həvəsləndirməkdir.