AzMİU-da şagirdlər arasında bilik yarışı keçirilib

6 Fevral, 2026 - 16:46
AzMİU-da şagirdlər arasında bilik yarışı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) şagirdlər arasında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib. Yarış AzMİU-nun Abituriyent Məsləhət Mərkəzi və “EDU Company” təhsil şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə "Azərbaycan müəllimi"nə AzMİU-dan məlumat verilib.

Belə ki, 12 komandanın iştirak etdiyi bilik yarışı gərgin mübarizə şəraitində keçib və sonda qalib komandalar qiymətli hədiyyələr, sertifikatlarla mükafatlandırılıb.

Tədbir çərçivəsində iştirakçılara AzMİU barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkənin aparıcı texniki ali təhsil müəssisələrindən olan universitet memarlıq, şəhərsalma, inşaat və mühəndislik sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Qeyd olunub ki, AzMİU-da memarlıq, şəhərsalma, tikinti mühəndisliyi, nəqliyyat qurğuları, mexanika, informasiya texnologiyaları, dizayn və digər istiqamətlər üzrə bakalavr, magistr və doktorantura səviyyələrində tədris həyata keçirilir.

Şagird və abituriyentlər universitetin müasir laboratoriyaları, layihə studiyaları, maddi-texniki bazası, beynəlxalq əməkdaşlıqları, eləcə də tələbələr üçün yaradılmış sosial imkanlarla tanış olublar.

AzMİU-nun bir sıra xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyi, tələbələrin mübadilə proqramları və ikili diplom layihələri vasitəsilə xaricdə təhsil almaq imkanı qazandıqları diqqətə çatdırılıb. Qəbul qaydaları, ixtisas seçimi və karyera perspektivləri barədə də məlumat verilib.

Qeyd edək ki, bu kimi intellektual yarışlar AzMİU-nun gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinə, onların bilik və dünyagörüşünün artırılmasına, eləcə də universitetin təhsil imkanlarının geniş auditoriyaya tanıdılmasına xidmət edir.