AzMİU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12 Dekabr, 2025 - 15:53

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

"Azərbaycan müəllimi" xəbər verir ki, dekabrın 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və universitetin kollektivi I Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində gördüyü misilsiz xidmətlər bir daha dərin hörmətlə xatırlayıblar.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, xatirəsinə ehtiram olaraq məzarının üzərinə gül dəstələri düzüblər.