AzMİU region məktəblərinin şagirdləri ilə görüşüb

21 May, 2025 - 17:47

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Bakı və regionlarda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri ilə faydalı görüşləri davam edir. Universitetin Təbliğat-təşviqat qrupu bu dəfə Mil–Muğan Regional Təhsil İdarəsinə daxil olan İmişli, Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərində qonaq olub. Məqsəd gələcəyin memar və mühəndislərinə yol göstərmək, onları AzMİU-nun imkanları ilə tanış etməkdir.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşlərdə Tərsimi həndəsə və mühəndis qrafikası kafedrasının müdiri Kazım Şərifov, Abituriyentlərlə İş Bölməsinin rəhbəri Aynurə Bayramova, Materialşünaslıq kafedrasının əməkdaşı Cəmalə Cəbrayılova məktəblilərlə birbaşa ünsiyyətdə olaraq, universitetin tədris sistemi, təklif olunan ixtisaslar və gələcək karyera imkanları barədə ətraflı məlumat veriblər.

Görüşlər zamanı AzMİU-da tələbələr üçün yaradılmış tədris və sosial mühit, eləcə də xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydaları, ikili diplom proqramları, xarici təcrübə imkanları və təhsil haqları kimi mühüm məqamlar diqqətə çatdırılıb. Həmçinin universitetdə tədris olunan dillər və tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan şərait barədə də danışılıb.

Təqdimat zamanı şagirdlər AzMİU-nun tanıtım videoçarxını izləyib, universitet haqqında əlavə məlumatları əks etdirən bukletlərlə təmin olunublar. Abituriyentləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimi ilə bağlı tərəddüdləri olanlara isə fərdi tövsiyələr verilib.