AzMİU və Oman universitetləri arasında ikili diplom imkanları müzakirə olunub

22 Dekabr, 2025 - 13:38
AzMİU və Oman universitetləri arasında ikili diplom imkanları müzakirə olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma, Beynəlxalq əlaqələr şöbələrinin müdirləri Qənirə Məmmədzadə və Fərhad Əliyev Oman Krallığına rəsmi səfər ediblər.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, səfər çərçivəsində AzMİU nümayəndə heyəti Muskat, Sultan Qabus, Nizva, Omandakı Alman Texnologiya universitetləri, Müasir Biznes və Elm Kollecinin rəhbərliyi, akademik heyəti ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Afət Ələkbərova da iştirak edib.

Müzakirələr zamanı ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik mübadilə proqramlarının təşkili, ikili diplom imkanları və beynəlxalq təhsil təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

AzMİU nümayəndələri universitetin təhsil imkanları, elmi potensialı və beynəlxalq əməkdaşlıq strategiyası barədə ətraflı məlumat veriblər. Oman ali təhsil müəssisələrinin təmsilçiləri isə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər. 

Qeyd olunub ki, keçirilən görüşlər AzMİU–Oman ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.