AzTU komandası Tələbə Basketbol Liqasının çempionu olub

10 İyun, 2026 - 10:40
AzTU komandası Tələbə Basketbol Liqasının çempionu olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Basketbol Klubu Tələbə Basketbol Liqasının çempionu olub.

AzTU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, Bakı İdman Sarayında keçirilən final qarşılaşmasında AzTU komandası Azərbaycan İdman Akademiyasının (AİA) komandası ilə mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici oyunda AzTU komandası yüksək əzmkarlıq, peşəkar oyun və güclü komanda ruhu nümayiş etdirərək rəqibini 20 xal üstünlüklə məğlub edib (AzTU-90-AİA-70).

Final qarşılaşmasını izləyənlər arasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov və AzTU-nun rektoru Vilayət Vəliyev də olub. Onlar qalib komandanı qələbə münasibətilə təbrik edib, növbəti oyunlarda da uğurlar arzulayıblar.