AzTU Türkiyə universiteti ilə tədqiqatlar aparacaq

24 Dekabr, 2024 - 10:03
AzTU Türkiyə universiteti ilə tədqiqatlar aparacaq

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, memorandumu AzTU-nun rektoru professor Vilayət Vəliyev və Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu imzalayıblar.

Sənədə əsasən, hər iki universitetin uyğun sahələr üzrə birgə tədqiqat aparması, müəllim-tələbə mübadiləsi, birgə layihələrdə iştirakı nəzərdə tutulur.

AzTU Türkiyə universiteti ilə tədqiqatlar aparacaq
AzTU Türkiyə universiteti ilə tədqiqatlar aparacaq